http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb

21 Sentyabr 2024 , 12:53
Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb

Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dövlət sərhədinin mühafizəsi, bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz boru kəmərlərinin, platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə dаvаm еtdirilir.

DSX-dan "Operativ Media"ya verilən məlumata görə, sentyabr ayının 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb.

Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 (üç) ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 (yüz on yeddi) ədəd şübhəli bağlama müəyyən olunub.

Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatıaşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OXŞAR XƏBƏRLƏR
Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

XƏBƏR LENTİ
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
Menyu