http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun laboratoriyası akkreditasiyadan keçib

29 Avqust 2023 , 14:11
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun laboratoriyası akkreditasiyadan keçib

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Funksional analizlər” laboratoriyası sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər standartına uyğun akkreditasiyadan keçib.

"Operativ Media"  nazirliyə istinadən xəbər verir ki, laboratoriya sınaq fəaliyyətinin həyata keçirilməsi üçün AZS İSO/İEC 17025 :2020 standartına uyğun akkreditasiya attestatı alıb.

İnstitutun laboratoriyası müvafiq akkreditasiyadan keçməklə gübrə, pestisid, torpaq, su, bitki, meyvə, tərəvəz, toxum sahələri əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub. İnstitut Dünya Tərəvəzçilik Mərkəzi ( AGRDC, Tayvan), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru), Belarus Genetika və Sitologiya İnstitutu, Ümumrusiya Elmi-Tədqiqat Seleksiya və Toxumçuluq İnstitutu (VNİSSOK), Hubey Bio-Texnologiya Peşə Kolleci və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR
Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək

Autizmli uşaqların valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqinə dair silsilə tədbirlər keçirilib

Autizmli uşaqların valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqinə dair silsilə tədbirlər keçirilib

Məktəblərdə şagirdlər arasında zorakılıq halları ilə necə mübarizə aparılır?

Məktəblərdə şagirdlər arasında zorakılıq halları ilə necə mübarizə aparılır?

XƏBƏR LENTİ
  • 15:27

    "HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir
  • 15:20

    Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
  • 15:15

    Dünyanın ən yaxşı on mərkəz yarımmüdafiəçisi açıqlanıb
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
  • 14:45

    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
Menyu