http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Məktəblərdə şagirdlər arasında zorakılıq halları ilə necə mübarizə aparılır?

01 Oktyabr 2024 , 11:45
Məktəblərdə şagirdlər arasında zorakılıq halları ilə necə mübarizə aparılır?

Məktəblərdə şagirdlər arasında aqressiyaya, zorakılığa məruz qalma halları artır.

Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

“Operativ Media” bu mövzu ilə bağlı araşdırma aparıb.

Uşaqların gərginliyi ailədən bilavasitə məktəblərə ötürdüyünü bildirən, sosioloq Əhməd Qəşəmoğlu, məktəblərdə sosial iş xidmətinin yaradılmasının vacib olduğunu qeyd edib:

Picture background

“Cəmiyyətdə proseslər gündən-günə mürəkkəbləşir. Sovet dövründə müəyyən məhdudiyyətlər hesabına məktəblərdə gərginlik yox idi. İndiki dövrdə insanların üzərindəki gərginlik bilavasitə məktəbə axır. Çünki uşaq bu gərginliyi ailədən məktəbə ötürür. Hazırda məktəblərdə 40 il əvvəlki üsulla tədrisi təşkil etmək düzgün deyil. Hər bir məktəbdə xüsusi sosial iş xidməti olmalıdır. Ən azı üç nəfərdən ibarət bir qrup fəaliyyət göstərməlidir. Bildiyimiz kimi, məktəblərdə psixoloqlar və “Məktəblinin dostu” fəaliyyət göstərir. Amma həmin şəxslərin nə iş gördüyü heç kimə məlum deyil. Ona görə də, konkret olaraq məktəbdə sosial iş xidməti olmalıdır”.

Sosioloq məktəblərdə şagirdlərin davranışının olduqca mürəkkəbləşdiyini bildirib:

Picture background

“Məktəb direktorlarının və müəllimlərin göstərişi ilə şagirdlərin davranışı prosesini idarə etmək mümkün deyil. Hazırda məktəblərdə şagirdlərin davranışı olduqca mürəkkəbləşib. Məktəblərdə psixoloq və “Məktəblinin dostu” layihəsinin şəxslərindən yığılmış 3 nəfərdən ibarət sosial iş xidməti fəaliyyət göstərməlidir. Bununla bağlı Elm və Təhsil Nazirliyinə də müraciət ünvanlamışam.

Məktəblərdə yaradılan sosial iş xidməti şagirdlərin davranışına nəzarət edəcək. Həmin şəxslər şagirdlərin davranışlarında xoşagəlməz halların aradan qaldırmaq üçün müəyyən tədbirlər görəcək. Amma hansısa cəza və ya dava-dalaşla yox, müəyyən metodika ilə hər şeyi yoluna qoyacaqlar. Bu addım eyni zamanda ailə və məktəb arasındakı əlaqəni gücləndirəcək”.

Ə.Qəşəmoğlu universitet və kolleclərdə sosial işçi ixtisasının formal xarakter daşımasından gileylənib:

“Məktəblərdə bir çox şey valideynlərin üzərinə qoyulub. Sanki valideyn hər şeyi bilir. Valideynin özü ilə də iş aparmaq lazımdır. Dərhal bu prosesə başlamaq o qədər uğurlu olmaya bilər. Universitet və kolleclərdə sosial işçi ixtisasları var. Amma onlar formal xarakter daşıyır. Sosial işçi təhsilini başa vurduqdan sonra məktəbdə işləyə bilməlidir. Onlar şagirdlə çox yaxşı əlaqə yaratmalıdır.

Davranışı formalaşdıran dörd əsas amil var. Şagirdin özününün şəxsi keyfiyyəti, məktəb mühiti, uşağın aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər davranışı formalaşdırır. Bu istiqamətdə məktəblərdə işlər aparılmalıdır. Bu zaman təhsil ocaqlarında gözəl atmosfer yarana bilər”.

Psixoloq Nizami Orucov bildirib ki, ailədə şiddət, aqressiya görən uşaq məktəbdə hər formada zorakılıq sərgiləyə bilər:

Picture background

“Uşaq evin güzgüsüdür. Ailədə şiddət, aqressiyanı görən uşaq məktəbdə hər formada zorakılıq sərgiləyə bilər. Bəzi valideynlər deyə bilər ki, bizim ailədə şiddət yoxdur. Uşağın məşğuliyyətləri, telefon və ya kompüter olduqda da, bu kimi hallar görülə bilər. Zorakılıq tərkibli oyun və ya videolara baxan uşaqlarda da bunu tətbiq etməyə meyl görmək mümkündür. Əlbəttə tək səbəb olaraq bunu da göstərmək olmaz. Yaş dövrü ilə bağlı olaraq basdırılmış şəxsiyyəti təsdiq etməyə çalışmağın səbəbi ilə də belə hallar ola bilər. Və ya evdə danlanan, alçaldılan uşaq üsyanını bu şəkildə, məktəbdə zorakılıq edərək üstü bağlı bildirə bilər.  Yəni səbəblər "n" qədərdir. 

Psixoloq valideynlərəin övladları ilə dərindən, göz kontaktı ilə, həqiqətən ünsiyyət qurmalı olduqlarının vacibliyini vurğulayıb:

“Valideynlər bunun qarşısını almaq üçün uşaqları ilə dərindən, göz kontaktı ilə, həqiqətən ünsiyyət qurmalıdırlar. Ötəri, tələsik qurulan ünsiyyət, göstərilən qayğı uşağa bir müddət sonra təsir etmir və adi gəlir. Nəzarət etmək, laqeyd yanaşmamaq ən böyük həll üsuludur. Bu yolda təkcə uşağa deyil, valideyn özünə də diqqət etməli, tərbiyə metodlarını öz əməli, həyatı ilə də uşağa göstərməlidir”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Operativ Media”nın sorğusuna cavab olaraq bildirib ki, hazırda ölkə üzrə (Naxçıvan MR istisna olmaqla) fəaliyyət göstərən ümumtəhsil müəssisəsilərində çalışan psixoloqların sayı 3000-dən çoxdur:

Picture background

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli müvafiq qərarına əsasən ümumi orta və tam orta məktəb, lisey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir. Eyni zamanda, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Hazırda ölkə üzrə (Naxçıvan MR istisna olmaqla) fəaliyyət göstərən ümumtəhsil müəssisəsilərində çalışan psixoloqların sayı 3000-dən çoxdur. Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 350-ə yaxın ümumtəhsil müəssisəsində çalışan psixoloqların sayı isə 500-dən çoxdur. “Məktəblinin dostu” layihəsi vasitəsilə bu çərçivədə işlər aparılmaqdadır. Layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir, dəstək göstərilir. Hansısa hallarda uşaqların birinci sinifdə məktəbə adaptasiyasında çətinlik yaranarsa valideyn və məktəb tərəfindən birlikdə müvafiq addımlar atılır”.

Qeyd edək ki, Məktəblərdə Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı uşaq sayına görə müəyyən olunur. 1000 nəfərə qədər şagird olan məktəblərdə 1, 1000 nəfərdən 3000 nəfərə qədər olan məktəblərdə 2, şagird sayı 3000-dən çox olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır.

Son olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu məsələ ilə bağlı hansı tədbirlər gördüyünü öyrəndik.

Komitə “Operativ Media”nın soğusuna cavab olaraq bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə bağlı mübarizə istiqamətində mütəmadi olaraq işlər həyata keçirilir:

“Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca istiqamətlərindən biri, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasıdır. Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının araşdırılması, qarşısının alınması istiqamətində effektiv təkliflərin və proqramların hazırlanması,bullinqə məruz qalan uşaqlara dəstək xidmətinin təkmilləşdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinq" adlı araşdırma işi həyata keçirilmişdir. Araşdırma zamanı aqressiv davranışların (bullinqin) yayılma səviyyəsi, yaranma səbəb və nəticələri, bullinqlə mübarizə üsulları təhlil edilmişdir. Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə bağlı mürəxəssislərlə dərinləşdirilmiş müsahibə aparılmış və məzmun təhlili həyata keçirilmişdir. Eyni zamanda, nəticələr əsasında ailələrə, valideynlərə, ümumi təhsil müəssisələrinə, cəmiyyətə, dövlətə və şəxsin özünə yönəlik təkliflər hazırlanmışdır”.

Komitə 2 dekabr 2024-cü ildə aidiyyatı qurumlarla "Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” adlı analitik təhlil aparılacağını bildirib:

“Dövlət Komitəsi tərəfindən “Uşaqların müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda 2 dekabr 2024-cü ildə təşkil ediləcək konfransda “Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” adlı analitik təhlil aidiyyət qurumların iştirakı kordinasiyalı fəaliyyətin daha da gücləndirilməsi və problemin həlli istiqamətində yeni nəticələrin əldə edilməsi məqsədilə ilə muzakirə ediləcəkdir. Belə ki, yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində fəaliyyət kordinasiyalı şəkildə təşkil edildiyi üçün, konfransın fəaliyyəti dəstək xidmətlərinin daha da təkmilləşdirilməsinə səbəb olacaqdır.

Cəmiyyəti narahat edən müxtəlif məsələlər, o cümlədən yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Dövlət Komitəsi yanında 2020-ci ildən fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə məqəsədilə Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisəsələrində, o cümlədən Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri vasitəsilə Respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq bu istiqamətdə müxtəlif maarifləndirici təlimlər, dəyirmi masalar və görüşlər keçirilir.

Cəmiyyətin gələcəyi olan uşaqların sağlam və təklükəsiz mühitdə böyümələri üçün aqressiv davranışa qarşı mübarizə aparılmalı, bu problemin həlli istiqamətində ümumi səfərbərlik əsasında addımlar atılmalıdır”.  

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək

Autizmli uşaqların valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqinə dair silsilə tədbirlər keçirilib

Autizmli uşaqların valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqinə dair silsilə tədbirlər keçirilib

COP29 aktiv vakansiyaları - SİYAHI

COP29 aktiv vakansiyaları - SİYAHI

XƏBƏR LENTİ
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
  • 14:45

    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
  • 14:37

    Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI
  • 14:36

    Ötən ay 27 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb
  • 14:23

    İraq və Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib
Menyu