http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

“Azərbaycan Dəmir Yolları” BMT-nin Qlobal Sazişinə qoşulub

29 Avqust 2023 , 19:58
“Azərbaycan Dəmir Yolları” BMT-nin Qlobal Sazişinə qoşulub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub.

Bu barədə "Operativ Media"ya qurumdan bildirilib.

Qlobal Sazişə qoşulmaqla ADY hazırda nəqliyyat sahəsində dünyanın 500-ə yaxın nüfuzlu şirkətinin yer aldığı təşəbbüsdə Azərbaycanı təmsil edən ilk şirkət olub.

Bu təşəbbüsə qoşulmaqla ADY ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş öz üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçilərin hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğunlaşdırmaq və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu