http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Göygöldə silah satmaq istəyən şəxs saxlanılıb

30 Avqust 2023 , 09:36
Göygöldə silah satmaq istəyən şəxs saxlanılıb

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 mm-lik patron aşkaredilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 19:40

    Nikol Paşinyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib
  • 19:36

    Husilər Qırmızı dənizdə Britaniyaya məxsus Cordelia Moon tankerini vurub
  • 19:32

    ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
  • 18:32

    Kamran Əliyev nepallı həmkarı ilə görüşüb
Menyu