http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər bayramı ilə bağlı tədbir keçirilib

30 Avqust 2023 , 12:06
Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər bayramı ilə bağlı tədbir keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər Bayramının 101-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbir açıq elan olunduqdan sonra Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib. Tədbirdə çıxış edənlər Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılan möhtəşəm tarixi Zəfərin türk xalqının hərb tarixinə yazılan ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıblar. Türk ordusunun tarix boyu düşmənlərinə qarşı qətiyyətlə savaşaraq igidlik, qəhrəmanlıq nümayiş etdirdiyi, döyüş meydanında hər zaman hünər güstərərək şanlı qələbələrə imza atdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. “30 avqust Zəfərinin hekayəsi” adlı qısametrajlı film nümayiş olunduqdan sonra hərbi institutun kursantları tərəfindən şeirlər səsləndirilib. Sonda Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi orkestrinin müşayiəti ilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Türkiyənin Zəfər bayramını tərənnüm edən mahnı və marşlar ifa ediblər.

OXŞAR XƏBƏRLƏR
ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Kamran Əliyev nepallı həmkarı ilə görüşüb

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Xətai, Səbail, Nəsimi rayonlarında suyun verilməsində fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 19:40

    Nikol Paşinyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib
  • 19:36

    Husilər Qırmızı dənizdə Britaniyaya məxsus Cordelia Moon tankerini vurub
  • 19:32

    ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib
  • 19:19

    ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib
  • 18:58

    Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
  • 18:46

    Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb
  • 18:37

    Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır
  • 18:32

    Kamran Əliyev nepallı həmkarı ilə görüşüb
Menyu