http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ərdoğan G20 liderlərinin sammitində iştirak etmək üçün İndoneziyaya gedib

14 Noyabr 2022 , 09:44
Ərdoğan G20 liderlərinin sammitində iştirak etmək üçün İndoneziyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 17-ci sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına gedib.

"Operativ Media" “Anadolu”ya istinadən xəbər verir ki, Bali adasının Nqurah Rai Beynəlxalq Hava Limanında dövlət başçısını İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin, Bali adasının qubernatoru Vayan Koster, Türkiyənin İndoneziyadakı səfiri Əhməd Cəmil Miroğlu və digər səlahiyyətli şəxslər qarşılayıblar.

Səfərdə Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, xəzinə və maliyyə naziri Nurəddin Nebati, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik müşayiət edir.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Maltanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
Menyu