http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Dondurulmuş qidalar hansı halda yararsızdır?

08 Sentyabr 2023 , 18:13
Dondurulmuş qidalar hansı halda yararsızdır?

Bəzən insanlar gərgin iş və həyat tempində evdə yemək hazırlamağa vaxt tapmadıqları üçün ən asan və praktik variant olan dondurulmuş qidaların istehlakına üstünlük verirlər. Əksər insanı həmin qidanın hansı hallarda sağlamlıq üçün faydalı olub-olmaması düşündürür. Buna baxmayaraq, sərfəli və qənaətcil olduğu üçün istehlak nisbətləri günü-gündən artan bu qidalara təlabat olduqca yüksəkdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Operativ Media”ya açıqlamasında qeyd edib ki, dondurulmuş qidaların donu açıldıqdan sonra yenidən dondurulması həmin qidanı mikrobioloji cəhətdən çirkləndirir.

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Onun sözlərinə görə,  texniki şərtlərə və standartın tələbinə uyğun olaraq dondurulmuş qidaların yararlılıq müddəti və saxlanma şəraitinin xüsusi əhəmiyyəti var:

“Qida Təhlükəsizliyi Agentliyin əsas işlərindən biri budur ki, fermer təsərrüfatından və yaxud fermadan qidanın istehlakçıya hazırlanıb  çatdırılmasını soyuq zəncir üzrə təmin etsin, eynilə də isti qidalar isti şəkildə çatdırılmalıdır. Lakin  bir qida dondurulub, donu açılandan sonra  təzədən dondurulanda artıq çirklənmiş qida hesab olunur. Xüsusən balıq və toyuq məhsulları bu baxımdan çox həssasdır. Hər bir qidanın etiketində, onun saxlanma temperaturu, saxlanma müddəti yazılmalı və həmin ona uyğun saxlanılmalıdır”.

E.Hüseynov xüsusilə kənar ölkələrdən gələn qidalardan istifadə edərkən diqqətli olmaq lazım olduğunu vurğulayıb:

“Bəzən onların etiketləri əyilmiş və ya zədələnmiş olur ki, bu yolda gələn zaman onların temperatur təzyiqinə məruz qaldığından xəbər verir. Lakin  xüsusi cihazlı avtomobil var ki, onun vasitəsilə kənar ölkələrdən və uzaq məsafədən gələn qidalar üçün avtomatik olaraq temperatur yazır, yükü qəbul edən tərəf baxır ki, bu qida həmin temperatur təzyiqinə məruz qalıb və ya qalmayıb”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu