http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Cozep Borrell sabah Qazaxıstana və Özbəkistana səfər edəcək

15 Noyabr 2022 , 13:52
Cozep Borrell sabah Qazaxıstana və Özbəkistana səfər edəcək

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Qazaxıstana və Özbəkistana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, Cozep Borrellin səfəri noyabrın 16-dan 19-dək davam edəcək.


Borrell noyabrın 16-17-də Qazaxıstanda səfərdə olacaq və o, burada ölkənin xarici işlər naziri Muxtar Tileuberdi və Prezident Kasım-Jomart Tokayevlə görüşlər keçirəcək.


Noyabrın 17-də Aİ-nin Ali Nümayəndəsi Özbəkistana səfər edəcək. Elə həmin gün Borrell Aİ - Mərkəzi Asiya Ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüşə həmsədrlik edəcək. Noyabrın 17 və 18-də Aİ-nin Ali Nümayəndəsi Səmərqənddə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan XİN başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.


Noyabrın 18-də Borrell regiona səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də görüşəcək.
Aİ-nin baş diplomatı həmçinin "Səmərqənd Aİ-Mərkəzi Asiya Əlaqələri Konfransı: Qlobal Keçid" konfransında iştirak edəcək.

Borrellin regiona səfəri noyabrın 19-da başa çatacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Maltanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu