http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Məhkumlar üçün keçirilən pilot layihə başa çatdı

09 Sentyabr 2023 , 16:13
Məhkumlar üçün keçirilən pilot layihə başa çatdı

Ədliyyə Nazirliyi Penitensiar xidməti, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı istintaq təcridxanasında başlanılmış yeni pilot layihə üzrə təlim kursları yekunlaşıb.

Ədliyyə Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, 12 avqust 2023-cü il tarixində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı keçirilmiş layihə üzrə təşkil olunmuş aşpazlıq kurslarının yekunlarına dair Bakı istintaq təcridxanasında 09.09.2023-cü il tarixdə tədbir keçirilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tədbirdə çıxış ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, məhkumların sosial reabilitasiyası, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin aşılanması cəza icra siyasətində şəffaflığın təmin edilməsinin ən vacib meyarlarındandır. Məhkum və həbs edilmiş şəxslərin müxtəlif peşə sahələri üzrə gələcəkdə də belə kurslara cəlb edilməsi vacibliyi vurğulanıb.

Kursu uğurla başa vurmuş məhkumlara sertifikatlar təqdim olunub. Bildirilib ki, təqdim edilmiş sertifikatlar onlara müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirmək imkanları da vermiş olacaq.

Sonda məhkum və həbs edilmiş şəxslərin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, yemək rasionunun keyfiyyətinin yüksəldilməsi, ərzaq təminatının yaxşılaşdırılması istiqmətində görülən uğurlu işlərlə bağlı hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu