http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İngiltərə kralı III Çarlzın Fransaya ilk rəsmi səfəri başlayıb

20 Sentyabr 2023 , 19:42
İngiltərə kralı III Çarlzın Fransaya ilk rəsmi səfəri başlayıb

İngiltərə kralı III Çarlz taxta çıxdıqdan sonra ilk dəfə Fransaya rəsmi səfər edib.

"Operativ Media" xəbər verir ki, dövlət səfəri çərçivəsində xanımı Kraliça Kamilla ilə birlikdə Fransanın paytaxtı Parisə gələn Kral III Çarlzı Orli hava limanında Fransanın baş naziri Elizabet Borne qarşılayıb.

Kral III Çarlz və xanımı Kamilla Parisin ən məşhur küçəsi olan Yelisey meydanında yerləşən Zəfər tağında Fransa prezidenti Emmanuel Makron, xanımı Bricit Makron və Fransanın müdafiə naziri Sebastien Lekornu tərəfindən qarşılanıb.

Kral III Çarlz Makronla birlikdə Yelisey küçəsində onun şərəfinə keçirilən hərbi mərasimə qatılan əsgərlər və qonaqlarla əl sıxaraq söhbət edib.

Mərasimdən sonra Kral III Çarlz və Makron ikitərəfli görüş üçün Yelisey Sarayına gediblər.

İngiltərə kralı və Fransa prezidenti ikitərəfli görüş zamanı iqlim, biomüxtəliflik, süni intellekt, eləcə də Sahel və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdən sonra Kral III Çarlz Makronun Versal sarayında onun üçün verəcəyi rəsmi şam yeməyinə qatılacaq.

Kral III Çarlz Fransaya 3 günlük səfəri çərçivəsində sabah Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edəcək, daha sonra bərpa işlərinin davam etdiyi Notr-Dam Katedralini ziyarət edəcək.

Kral III Çarlz Fransaya sonuncu dəfə 2019-cu ildə taxta çıxmazdan əvvəl səfər edib.

OXŞAR XƏBƏRLƏR
Bir il ərzində Qəzza zolağında 42 minə yaxın insan həlak olub

Bir il ərzində Qəzza zolağında 42 minə yaxın insan həlak olub

İraqın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib

İraqın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub

Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub

XƏBƏR LENTİ
  • 14:23

    Qazanxanada partlayış baş verib
  • 14:23

    Vadim Abdullayev: "Araz-Naxçıvan"la nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni milliyə dəvət etməzdilər"
  • 14:19

    Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat aldı
  • 14:19

    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB
  • 14:10

    “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda Azərbaycan Ticarət Forumu keçirilib
  • 14:07

    Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
  • 13:53

    Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsib
  • 13:39

    Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib
Menyu