http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

20 Sentyabr 2023 , 20:12
Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir.

"Operativ Media" xəbər verir ki, bu barədə TDT-nın yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu, minaların yerləşdirilməsi, təbii sərvətlərin istifadəsi, silah-sursatın, hərbi texnikanın qaçaqmalçılığı və şəxsi heyətin qeyri-qanuni rotasiyasının həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə ciddi zərbə vurur.

“Bu kontekstdə Baş katib Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir. Baş katib terrorla mübarizə tədbirlərinə təkan verən təxribat nəticəsində şəhid olan hərbçilərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir”, - bəyanatda deyilir.

OXŞAR XƏBƏRLƏR
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB

Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib

Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib

Paşinyan Putini təbrik edib

Paşinyan Putini təbrik edib

XƏBƏR LENTİ
  • 14:23

    Qazanxanada partlayış baş verib
  • 14:23

    Vadim Abdullayev: "Araz-Naxçıvan"la nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni milliyə dəvət etməzdilər"
  • 14:19

    Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat aldı
  • 14:19

    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB
  • 14:10

    “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda Azərbaycan Ticarət Forumu keçirilib
  • 14:07

    Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
  • 13:53

    Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsib
  • 13:39

    Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib
Menyu