http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ceyhun Bayramov latviyalı həmkarı ilə müzakirələr aparıb - YENİLƏNİB

20 Sentyabr 2023 , 21:01
Ceyhun Bayramov latviyalı həmkarı ilə müzakirələr aparıb - YENİLƏNİB

BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirlərinin nəticələri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sözügedən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin buraxıldığı diqqətə çatdırılıb. Görülən antiterror tədbirləri çərçivəsində mülki şəxslərin hədəf alınmadığı, bu xüsusda onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

Nazir beynəlxalq hüquq və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq suveren ərazilərimizdə mövcudluğunu davam etdirən qeyri-qanuni qüvvələrin buraxılmasının həm də Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin də cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran ən böyük çağırışın aradan qaldırılması olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın erməni sakinlərin hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq mexanizmlər əsasında təmin etmək əzmində olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 20:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviyanın həmkarı xarici işlər naziri Krisjanis Karins ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X"də paylaşım edib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB

Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib

Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib

Paşinyan Putini təbrik edib

Paşinyan Putini təbrik edib

XƏBƏR LENTİ
  • 14:23

    Qazanxanada partlayış baş verib
  • 14:23

    Vadim Abdullayev: "Araz-Naxçıvan"la nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni milliyə dəvət etməzdilər"
  • 14:19

    Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat aldı
  • 14:19

    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - YENİLƏNİB
  • 14:10

    “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda Azərbaycan Ticarət Forumu keçirilib
  • 14:07

    Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
  • 13:53

    Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsib
  • 13:39

    Parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib
Menyu