http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Xətaidə narkotiklərin satışını təşkil edən silahlı şəxslər saxlanılıb

28 Sentyabr 2023 , 12:18
Xətaidə narkotiklərin satışını təşkil edən silahlı şəxslər saxlanılıb

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Xətai Rayon Polis İdarəsi, Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar. Bu şəxslərdən 13 kiloqram heroin, marixuana, 390 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də Rauf Hüseynovdan əlavə olaraq 1 ədəd “Naqan”, Sənan Məmmədovdan isə “TT” markalı odlu silah tapança aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, həmçinin idarə əməkdaşlarının avqust-sentyabr aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. 

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
"Telegram"a 10 yeni funksiya əlavə olunacaq

"Telegram"a 10 yeni funksiya əlavə olunacaq

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ
  • 10:20

    Bu gün Cəbrayılda ilk dərs günüdür
  • 10:20

    Təhsilin İnkişafı Forumu öz işini yekunlaşdırıb
  • 10:15

    Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
  • 10:13

    Məhkəmə “Spring San Tex” şirkəti ilə bağlı qərar verib
  • 10:04

    PSJ futbolçuları Luis Enrikedən narazıdır
  • 10:04

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
  • 09:59

    KİV: ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır
  • 09:45

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Menyu