http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

NİİM rəisi: Bakının avtomobil yollarında sıxlıqların azaldılması ilə bağlı təkliflər hazırlamışıq

03 Oktyabr 2023 , 12:39
NİİM rəisi: Bakının avtomobil yollarında sıxlıqların azaldılması ilə bağlı təkliflər hazırlamışıq

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vəzifələrindən biri şəhər küçələrində nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır. Kameralar vasitəsilə müşahidələr aparır, hansı ərazidə hərəkətin təşkilində nə kimi yeniliklər və dəyişikliklər edə biləcəyimiz barədə, həmçinin hərəkətin daha nizamlı və intensiv təşkili ilə bağlı təkliflər hazırlayırıq.

"Operaiv Media" xəbər verir ki, bu sözləri "Azərtac"a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev paytaxtı küçələrində tıxac və sıxlıqların qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə danışarkən deyib.

O bildirib ki, bununla bağlı bir neçə dəfə aidiyyəti qurumlara təkliflər göndərilib və onların çoxu qəbul olunub: “Məsələn, Tbilisi prospektində üzü 20 Yanvar istiqamətində gedəndə sağ zolaq yalnız sağa dönmək üçün idi. Biz təklif verdik ki, o yol həm düzünə, həm də sağa dönmə üçün olsun. Bu yolla zolaqların sayını artırmış olduq. Müşahidə apardıq ki, sağa dönən nəqliyyat vasitələrinin sayı çox deyil, düzünə gedən avtomobillərin də o yoldan istifadəsinə icazə versək, hər hansı çətinlik olmaz. Bundan başqa, Məhəmməd Hadi küçəsində hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər verdik. Orada avtobusların və digər nəqliyyat vasitələrinin hərəkət zolaqları ilə bağlı dəyişiklik edilib. Başqa təkliflər də vermişik ki, baxılıb və müsbət qarşılanıb. Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində işıqforun idarə olunmasında müəyyən dəyişiklik etdik. Bundan sonra hərəkətin intensivliyi xeyli artıb. “Dəniz Mall”ın qarşısındakı işıqforun vaxt planlamasında dəyişiklik oldu. Orada hərəkət sürəti mərkəz istiqamətinə gələrkən 42 kilometr/saat idi, indi isə artaraq 52 kilometr/saat olub. Artıq hərəkətin intensivliyi artıb, sıxlığın aradan qaldırılması üçün müəyyən işlər görmüşük”.

OXŞAR XƏBƏRLƏR
Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək

Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub

XƏBƏR LENTİ
  • 12:11

  • 12:08

    AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
  • 11:56

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
  • 11:52

    FHN yanında İctimai şura yanğınsöndürənləri təltif edib
  • 11:49

    "Əl Nəsr" Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb
  • 11:46

    ABŞ səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olmağa çağırır
  • 11:40

    Rəşad Nəbiyev: "İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"
  • 11:39

    Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb
Menyu