http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Şəhid övladları üçün masterklass təşkil edilib

03 Oktyabr 2023 , 18:49
Şəhid övladları üçün masterklass təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid övladları üçün masterklass təşkil edilib.

Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən masterklass çərçivəsində Vətən müharibəsi şəhidlərinin bir qrup övladına kulinariya üzrə bilik və bacarıqlar aşılanıb.

Həmin Mərkəzin təlimçiləri və Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri tərəfindən şəhidlərimizin övladlarına milli mətbəximizin simvollarından biri olan qutabın hazırlanması öyrədilib. Mərkəzdə peşə öyrənən gənclər şəhid övladları ilə birgə qutab hazırlayaraq öz məharətlərini nümayiş etdiriblər.

Layihənin məqsədi qəhrəman Vətən övladlarının yadigarlarının və əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaqdır.

 

OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

XƏBƏR LENTİ
  • 14:20

    Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Menyu