http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

03 Oktyabr 2023 , 19:16
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən "Operativ Media"ya bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı mərkəzin internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1454 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1198 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sabah günün birinci yarısında DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qəbul olunan abituriyentlər 5 oktyabr saat 15:00-dan 10 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

XƏBƏR LENTİ
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
  • 12:57

    Nazir müavini: Azərbaycanın 98%-i fiber optik internetlə təmin edilib
Menyu