http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Erməni terror təşkilatı VOMA uşaqları döyüşə cəlb edir - FOTO

03 Oktyabr 2023 , 23:05
Erməni terror təşkilatı VOMA uşaqları döyüşə cəlb edir - FOTO

Erməni terror təşkilatı VOMA-nın uşaqları təşkilata cəlb etmək cəhdləri sosial şəbəkələrdə tez-tez işıqlandırılır. Təşkilatın internet saytlarında görünən qədəriylə uşaqlar silah və müharibədən istifadə etməyə təşviq edilir. Roma nizamnaməsini təsdiq edən İrəvan rəhbərliyinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına zidd olan bu təşəbbüslərə qarşı addım atıb-atmayacağı maraq doğurur.

"Operativ Media" xəbər verir ki, onlar terroru təşviq edir və uşaqlara gənc yaşda silah öyrədirlər. Günahsız uşaqları terror təşkilatına cəlb etmək üçün kampaniyalar aparır, çağırışlar edirlər.

Erməni terror təşkilatı VOMA-nın uşaqlara mina təhsili çağırışı reaksiyalara səbəb olub.

Təşkilatın sosial media hesablarında erməni uşaq və gəncləri mina təlimi üçün öz düşərgələrinə dəvət etdiyi görülüb.

VOMA-nın fəaliyyəti bizə separatçı terror təşkilatı PKK-nı xatırladır.

Terror təşkilatının fəaliyyəti BMT-nin Uşaq Hüquqları Konvensiyasına ziddir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsi iştirakçı dövlətlərin üzərinə uşaqları silahlandırmamaq öhdəliyi qoyur.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiqlədiyini açıqlayan İrəvan rəhbərliyinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına əməl edib-etməyəcəyi maraq doğurur.

Bundan əvvəl dünyaca məşhur moda brendinin siması olan erməni model Armine Harutunyan sözügedən terror təşkilatına qoşulduğunu açıqlamışdı.

Harutunyan verdiyi açıqlamalarla Azərbaycana qarşı hücum planlaşdırdıqlarına da işarə etmişdi.

OXŞAR XƏBƏRLƏR
Sahibə Qafarova Tacikistana səfərə gedib

Sahibə Qafarova Tacikistana səfərə gedib

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

XƏBƏR LENTİ
  • 15:51

    Harri Keyn İngiltərə millisinin Yunanıstanla oyununu buraxacaq
  • 15:38

    Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO
  • 15:35

    132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
  • 15:11

    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
  • 15:08

    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
  • 15:02

    Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
  • 14:54

    Qəzzada həlak olanların sayı artıb
  • 14:51

    DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb
Menyu