http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

04 Oktyabr 2023 , 14:44
DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin sazlığına, o cümlədən şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar.  Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər.

OXŞAR XƏBƏRLƏR
Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

XƏBƏR LENTİ
  • 18:19

    Peskov: Putin iranlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
  • 18:06

    Qazprom və Macarıstan arasında qaz tədarükünün artırılması imkanları ilə bağlı memorandum imzalanıb
  • 17:59

    Zelenski Makronla görüşüb
  • 17:53

    Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb
  • 17:45

    BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb
  • 17:42

    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
  • 17:29

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
Menyu