http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

04 Oktyabr 2023 , 14:45
Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir.

Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir.

Qeyd edilənlərlə yanaşı, tərksilaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur.

Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir.

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir.

Ermənistanın bu kimi fəaliyyəti bölgədə sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olmasına əsas təhdid mənbəyidir.

OXŞAR XƏBƏRLƏR
Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Ruslan Əmircanov: "Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm"

Ruslan Əmircanov: "Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm"

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib

XƏBƏR LENTİ
  • 18:06

    Qazprom və Macarıstan arasında qaz tədarükünün artırılması imkanları ilə bağlı memorandum imzalanıb
  • 17:59

    Zelenski Makronla görüşüb
  • 17:53

    Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb
  • 17:45

    BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb
  • 17:42

    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
  • 17:29

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
  • 17:20

    Gənclər və idman naziri Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Menyu