http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

04 Oktyabr 2023 , 15:50
Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 44 günlük Vətən müharibəsinin daha bir qrup veteranını “Məşğulluğa dəstək layihəsi” çərçivəsində aktivlərlə təmin edib.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, Şamaxı, İsmayıllı, Ağsu, İmişli, Sabirabad və Saatlı rayonlarında yaşayan həmin şəxslərə seçdikləri fəaliyyət istiqamətləri üzrə lazımi avadanlıqlar verilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Dünya Bankı ilə əməkdaşlıqda icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan “Məşğulluğa dəstək layihəsi” üzrə bu gün ümumilikdə 40-dək şəxs aktivlər alaraq öz kiçik təsərrüfatlarını qurub.

Proqramda iştirak edən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

OXŞAR XƏBƏRLƏR
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən gedib

Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən gedib

XƏBƏR LENTİ
  • 18:06

    Qazprom və Macarıstan arasında qaz tədarükünün artırılması imkanları ilə bağlı memorandum imzalanıb
  • 17:59

    Zelenski Makronla görüşüb
  • 17:53

    Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb
  • 17:45

    BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb
  • 17:42

    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
  • 17:29

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
  • 17:20

    Gənclər və idman naziri Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Menyu