http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

DVX: 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısı alınıb

05 Oktyabr 2023 , 12:54
DVX: 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısı alınıb

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinij əldə etdiyi məlumat nəticəsində müəyyən olunub ki, Bakı sakini Əkbərov Şəhriyar Hafiz oğlu digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Laçın” və “Sədərək” ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən razılıq əldə edərək onlara məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər. Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 % qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (Dubay şəhərində) pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz olaraq köçürmələr təşkil ediblər.

"Operativ Media" Dövlət Xidmətinə istinadən xəbər verir ki, qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Soltanov Ramin Akif oğlu və Abızadə Əlzamin Abdulsəməd oğlu vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzində icarəyə götürülmüş ofisdə Nağıyev Raman Şahin oğluna verilib. Sonuncu isə qanunsuz köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə, Çin və Dubaydakı etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin köçürülməsi fəaliyyətini təşkil edib.

Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Abızadə Əlzamin Abdulsəməd oğlunun idarə etdiyi “Toyota Prius” markalı 90 TY 929 dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Soltanov Ramin Akif oğlu və Nağıyev Raman Şahin oğlunu saxlayıblar. Dəstənin Biznes Mərkəzindəki ofisində iki nəfər hal şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib. Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin R.Nağıyevə məxsus əl çantasında cəmi 318 190 ABŞ dolları və 208 410 manat olmaqla, ümumilikdə 749 333 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul əskinasları aşkar edilərək götürülüb.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və yaxud xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyətilə məşğul olması faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər 749 333 manat pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə köçürülməsini təşkil edib. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Həmin tarixddə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Əkbərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

XƏBƏR LENTİ
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
  • 21:07

    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
  • 21:00

    Fransanın energetika naziri Bakıya gəlib
  • 20:58

    Bakının bəzi ərazilərində qazın verilməsində fasilələr olacaq
  • 20:50

    Polşa Ukrayna üçün Starlink terminallarının istismarı üçün pul ödəməyə davam edəcək
Menyu