http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Mərkəzi Bank kredit portfeli üzrə dollarlaşma səviyyələrini açıqladı

06 Oktyabr 2023 , 13:52
Mərkəzi Bank kredit portfeli üzrə dollarlaşma səviyyələrini açıqladı

Azərbaycanda 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında bankların kredit portfelinin dollarlaşması 0,2 faiz bəndi azalaraq 19,9 faiz təşkil edib.

"Operativ Media" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Mərkəzi Bankın məlumatına görə, azalmaya əsasən istehlak kreditləri təsir edib. Belə ki, ilin birinci yarısında istehlak kreditləri üzrə dollarlaşma səviyyəsi 0,7 faiz bəndi azalaraq 5,5 faiz təşkil edib.

Həmçinin, ipoteka kreditlərinin dollarlaşması 0,1 faiz bəndi azalaraq 0,2 faiz təşkil edib.

Yarımil ərzində biznes portfeli üzrə dollarlaşma isə 0,5 faiz bəndi artaraq 33,4 faizə çatıb.

 

Mərkəzi Bankdan verilən məlumata görə, 2023-cü ilin birinci yarısında bank sisteminin depozit porfelinin dollarlaşması 5,4 faiz bəndi azalaraq 41,7 faiz, kredit portfelinin dollarlaşma səviyyəsi isə 0,2 faiz bəndi azalaraq 19,9 faiz olub.

"Depozit portfeli üzrə de-dollarlaşmanın əsas drayveri hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitlərinin azalması olmuşdur. Son 6 ay ərzində hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 31 milyard manat azalıb ki, bu da hüquqi şəxslər üzrə depozit portfelinin dollarlaşmasının 6,3 faiz bəndi azalaraq 44,6 faizə enməsinə səbəb olub. Hüquqi şəxslərin müddətli depozitləri üzrə də uzunmüddətli de-dollarlaşma trendi davam etmişdir. Ötən ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi 2,4 faiz bəndi azalaraq 67,7 faiz olub", - Bankın məlumatında deyilir.

Fiziki şəxslərin depozitləri üzrə dollarlaşmanın azalması 2023-cü ilin birinci yarısında da davam edib. Bu ilin birinci yarısında ümumilikdə fiziki şəxslərin cəmi depozitlərinin dollarlaşması 2,7 faiz bəndi azalaraq 37,1 faiz təşkil edib.

"Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir. Belə ki, müddətli depozitlərin dollarlaşması 2023-ci ilin ilk yarısında 2,1 faiz bəndi azalaraq 36,9 faiz olub. Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin xarici valyutada tələbli depozitləri üzrə də dollarlaşmanın azalması müşahidə edilib. Belə ki, fiziki şəxslərin tələbli depozitləri üzrə dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 37,4% faiz olub",- deyə Mərkəzi Bankdan bildiriblər.

OXŞAR XƏBƏRLƏR
BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu