http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyədə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

06 Oktyabr 2023 , 15:51
Türkiyədə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını,  birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, hazırda enerji təhlükəsizliyi dünyada əsas çağırışlardan birinə çevrilib və ölkələrimiz arasında bu sahədə, xüsusilə bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlıqda mühüm vektorlardandır.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə ölkələrimizin uğurlu iqtisadi tərəfdaşlığı, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

XƏBƏR LENTİ
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:02

    Ukrayna prezidenti İtaliyay səfər edib
  • 07:24

    UEFA Millətlər Liqası: İngiltərə uduzdu, Fransa qalib gəldi
  • 07:13

    Rusiya prezidenti Türkmənistana gedib
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
Menyu