http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Ağdaşda aqrar sahə ilə bağlı müraciətləri dinləyəcək

06 Oktyabr 2023 , 17:08
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Ağdaşda aqrar sahə ilə bağlı müraciətləri dinləyəcək

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev oktyabrın 9-da saat 10:00-da Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya bildirilib ki, görüşdə vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-829-71-73) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

XƏBƏR LENTİ
  • 10:07

    Qazaxda 18 tələbə dönərdən zəhərlənib: Araşdırma aparılır - YENİLƏNİB
  • 09:58

    Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb
  • 09:54

    Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib
  • 09:46

    Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
  • 09:34

    Ötən gün 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:34

    Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək
  • 09:31

    Azərbaycan nefti bahalaşıb
  • 09:25

    Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
Menyu