http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub

11 Oktyabr 2024 , 09:25
Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub

Oktyabrın 10-da Mədəniyyət Nazirliyində “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Operativ Media" xəbər verir ki, qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib.

O bildirib ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir.

Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb.

Pedro David səmimi qəbula görə təşəkkürünü bildirib, telekanalın Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə inandığını deyib.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib

Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ  və Kanadadan təklif almışam" - MÜSAHİBƏ

Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ və Kanadadan təklif almışam" - MÜSAHİBƏ

Mədəniyyət Nazirliyində bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş keçirilib

Mədəniyyət Nazirliyində bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş keçirilib

XƏBƏR LENTİ
  • 11:10

    Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüblər
  • 11:00

    Zəhərlənən 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb: Araşdırma aparılır - YENİLƏNİB 2
    Zəhərlənən 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb: Araşdırma aparılır - YENİLƏNİB 2
  • 11:00

    Tofiq Musayev növbəti döyüşünün vaxtını açıqladı
  • 10:59

    Doqquz ayda pensiya ödənişlərinə 4 milyard 860 milyon manat vəsait yönəldilib
  • 10:41

    Mbappe Pintusun rəhbərliyi altında məşq edir
  • 10:39

    FHN Daşkəsəndə qanunsuz tikililəri söküb - VİDEO
  • 10:26

    NİİM: Ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib
  • 09:58

    Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb
Menyu