http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Gəncə şəhər stadionunun yenidən qurulmasına 1 milyon manat ayrılıb

06 Oktyabr 2023 , 17:23
Gəncə şəhər stadionunun yenidən qurulmasına 1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi Sərəncamda göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR
Ukrayna prezidenti İtaliyaya səfər edib

Ukrayna prezidenti İtaliyaya səfər edib

Rusiya prezidenti Türkmənistana gedib

Rusiya prezidenti Türkmənistana gedib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

XƏBƏR LENTİ
  • 10:07

    Qazaxda 18 tələbə dönərdən zəhərlənib: Araşdırma aparılır - YENİLƏNİB
  • 09:58

    Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb
  • 09:54

    Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib
  • 09:46

    Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
  • 09:34

    Ötən gün 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:34

    Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək
  • 09:31

    Azərbaycan nefti bahalaşıb
  • 09:25

    Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
Menyu