http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xankəndidəki poliklinikaya 14 müraciət daxil olub

06 Oktyabr 2023 , 18:26
Xankəndidəki poliklinikaya 14 müraciət daxil olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Xankəndi şəhərindəki poliklinikaya ümumilikdə 14 müraciət daxil olub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qurumdan "Operativ Media" ya verilən məlumata görə, təcili və təxirəsalınmaz tibbi yardımla bağlı müraciət edən 2 nəfərə çağırış ünvanında ilk yardım göstərilib. Poliklinikaya müraciət edənlərdən 5 nəfəri erməniəsilli olub.

Qeyd edək ki, bu il oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika və tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.

Poliklinikada 3 ümumi müayinə otağı, kiçik cərrahi əməliyyatlar və sarğı otağı, 1-i yataqbaşı monitor və oksigen balonu ilə təchiz olunmaqla 2 müşahidə və manipulyasiya otağı mövcuddur.

Eyni zamanda poliklinikada pasiyentlərə elektrokaardioqramma müayinəsinin aparılmasına da başlanılıb.

 

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

XƏBƏR LENTİ
  • 10:07

    Qazaxda 18 tələbə dönərdən zəhərlənib: Araşdırma aparılır - YENİLƏNİB
  • 09:58

    Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb
  • 09:54

    Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib
  • 09:46

    Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
  • 09:34

    Ötən gün 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:34

    Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək
  • 09:31

    Azərbaycan nefti bahalaşıb
  • 09:25

    Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
Menyu