http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İcmanın nümayəndəsi BMT-nin təsisatlarında görüşlər keçirib

06 Oktyabr 2023 , 19:20
İcmanın nümayəndəsi BMT-nin təsisatlarında görüşlər keçirib

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Kamal Cəfərov Cenevrədə BMT-nin insan hüquqları və qaçqınlar üzrə məsul təsisatlarında görüşlər keçirib.

İcmadan "Operativ Media"ya bildirilib ki, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, millət vəkili Kamal Cəfərov Cenevrədə QAİ-nin nümayəndəsi qismində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsində Ermənistanın dövri hesabatının təqdimatı sessiyasında iştirak edib və İcmanın alternativ hesabatını təqdim edib. İcmanın hesabatında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt ilə qorunan hüquqlarını sistematik şəkildə pozması halları barədə məlumat verilir.

K.Cəfərov səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və “Cenevrə Geostrateji Observatoriyası” təşkilatının məsul şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə Kamal Cəfərov Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verərək onların beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq geri qayıdış hüquqlarının təmin edilməsinin zəruriliyindən bəhs edib. İcmanın nümayəndəsi, həmçinin Qərbi Azərbaycan İcması barədə məlumat verərək təşkilatın tarixçəsi, fəaliyyət məqsədləri, o cümlədən, bu ilin əvvəlində qəbul etdiyi Qayıdış Konsepsiyasından bəhs edib. Kamal Cəfərov İcmanın repatriasiya və reinteqrasiya məqsədləri olduğunu, bu sahədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ilə əməkdaşlığın əhəmiyyətinin Qayıdış Konsepsiyasında da vurğulandığını dilə gətirib. O, UNHCR-ın İcma ilə əməkdaşlığa başlanması, Bakı ofisi ilə həyata keçirilən təmasları xatırladaraq bu əməkdaşlığın davam etməsindən məmnunluq duyulduğunu bildirib.

K.Cəfərov, həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığını Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları ilə yaxından məşğul olmağa çağırıb.

Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və insan hüquqları, humanitar hüquq mövzusunda əməkdaşlıq imkanları müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Ukrayna prezidenti İtaliyaya səfər edib

Ukrayna prezidenti İtaliyaya səfər edib

Rusiya prezidenti Türkmənistana gedib

Rusiya prezidenti Türkmənistana gedib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

XƏBƏR LENTİ
  • 10:07

    Qazaxda 18 tələbə dönərdən zəhərlənib: Araşdırma aparılır - YENİLƏNİB
  • 09:58

    Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb
  • 09:54

    Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib
  • 09:46

    Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
  • 09:34

    Ötən gün 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:34

    Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək
  • 09:31

    Azərbaycan nefti bahalaşıb
  • 09:25

    Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
Menyu