http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb

06 Oktyabr 2023 , 21:17
Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb

Oktyabrın 6-da Bakıda Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Operativ Media”ya verilən məlumata görə, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edilib.

Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Görüşdə həmçinin “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Danışıqların yekunlarına görə iki ölkə arasında aşağıdakı sənədlər imzalanıb:

- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;

- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.

OXŞAR XƏBƏRLƏR
Ukrayna prezidenti İtaliyaya səfər edib

Ukrayna prezidenti İtaliyaya səfər edib

Rusiya prezidenti Türkmənistana gedib

Rusiya prezidenti Türkmənistana gedib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

XƏBƏR LENTİ
  • 12:08

    İqtisadi Şuranın növbəti iclası keçirilib
  • 12:00

    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
  • 11:55

    Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi
  • 11:50

    Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb
  • 11:48

    Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq
  • 11:37

    Sabiq nazirə məxsus şirkət cərimələnib
  • 11:32

    "SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?
  • 11:18

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Menyu