http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb

07 Oktyabr 2023 , 10:00
Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının alınması istiqamətində Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində Lənkəran rayon sakini F.Əmirovun idarə etdiyi “Mercedes Sprinter” markalı yük avtomobili saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin yük yerindən qanunsuz yolla əldə edilmiş işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Lerik rayonu ərazisində saxlanılan “Ural” və “Zil-131” markalı avtomobillərdən qanunsuz yolla əldə edilmiş 11m3 həcmində oduncaq aşkarlanıb.
Hazırda aşkarlanan faktlarla bağlı qanunamüvafiq qaydada tədbirlərin görülməsi üçün araşdırma aparılır.
Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı polis əməkdaşları tərəfində mübarizə tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır

Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır

Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb

Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb

XƏBƏR LENTİ
  • 12:08

    İqtisadi Şuranın növbəti iclası keçirilib
  • 12:00

    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
  • 11:55

    Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi
  • 11:50

    Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb
  • 11:48

    Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq
  • 11:37

    Sabiq nazirə məxsus şirkət cərimələnib
  • 11:32

    "SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?
  • 11:18

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Menyu