http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

07 Oktyabr 2023 , 10:13
Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Azərbaycan və Serbiya arasında müxtəlif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi dialoqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə postmünaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan Ceyhun Bayramov beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Ərazilərimizdə işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirlərindən bəhs edən nazir həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb.

Bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.

Mövcud çağırışlara baxmayaraq, ölkəmizin bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.

V.Orliç Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluq duyduğunu, habelə bu kimi səfərlərin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası səviyyədə inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Bölgədəki vəziyyət və mənzərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyulan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ukrayna prezidenti İtaliyaya səfər edib

Ukrayna prezidenti İtaliyaya səfər edib

Rusiya prezidenti Türkmənistana gedib

Rusiya prezidenti Türkmənistana gedib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

XƏBƏR LENTİ
  • 12:08

    İqtisadi Şuranın növbəti iclası keçirilib
  • 12:00

    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
  • 11:55

    Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi
  • 11:50

    Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb
  • 11:48

    Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq
  • 11:37

    Sabiq nazirə məxsus şirkət cərimələnib
  • 11:32

    "SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?
  • 11:18

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Menyu