http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qaxda bir gündə iki yanğın hadisəsi baş verib

07 Oktyabr 2023 , 17:41
Qaxda bir gündə iki yanğın hadisəsi baş verib

Qax rayonunda ayrı-ayrı ərazilərdə yanğın hadisələri baş verib. Nəticədə bir ev və köməkçi tikili yanıb.

"Operativ Media" xəbər verir ki, yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib.

Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam və tavan örtüyü tamamilə yanıb. Yanğınsöndürənlərin və qonşuların köməyi ilə evdə olan əksər əşyalar çıxarılıb.

Ev sahibinin sözlərinə görə, yanğın dam örtüyündən baş verib. Hadisə zamanı ailə üzləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

Sabiq nazirə məxsus şirkət cərimələnib

Sabiq nazirə məxsus şirkət cərimələnib

XƏBƏR LENTİ
  • 14:09

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib
  • 14:04

    Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
  • 13:52

    Abdullah Avcı "Neftçi"nin təklifini geri çevirib
  • 13:46

    Muxtar Babayev Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib
  • 13:42

    Putin Kazanda Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcək
  • 13:29

    Putin İran prezidenti Pezeşkianla görüşüb
  • 13:19

    "Nobel" Sülh mükafatının laureatı məlum olub
  • 13:16

    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Menyu