http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

"Qarabağ"ın Xorvatiyadakı oyunu isveçlilərə tapşırıldı

19 Avqust 2024 , 09:09
"Qarabağ"ın Xorvatiyadakı oyunu isveçlilərə tapşırıldı

"Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, Xorvatiyadakı qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Qlenn Nyuberq olacaq. Ona Mahbod Beiqi və Andreas Söderkvist kömək göstərəcək. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.

Almaniyalı hakimlər Bastian Dankert və Yohann Pfeifer müvafiq olaraq VAR və AVAR kimi fəaliyyət göstərəcək. Qarşılaşmada ingiltərəli Maykl Rili hakim-inspektor, şimali makedoniyalı Filip Popovski isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sabah “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

OXŞAR XƏBƏRLƏR
ÇL: Həftənin oyunçusu məlum oldu

ÇL: Həftənin oyunçusu məlum oldu

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

XƏBƏR LENTİ
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
Menyu