http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Qurban Qurbanov: "Üçüncü dəfədir ki, əlimizə belə şans düşür"

19 Avqust 2024 , 22:54
Qurban Qurbanov: "Üçüncü dəfədir ki, əlimizə belə şans düşür"

"Bu klubun böyük tarixi, çoxlu azarkeşləri var. Səfərdə olmasına baxmayaraq, belə bir stadionda, ab-havada oynamaq bizim üçün çox xoş olacaq".

"Operativ Media" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah "Dinamo" (Zaqreb) ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Q.Qurbanov qeyd edib ki, komandada itkilər olsa da, futbolçularının yaxşı oynayacağına inanır: "Hər iki komanda üçün çox vacib oyundur. İstəyimiz çoxdur. Üçüncü dəfədir ki, əlimizə belə şans düşür. Çox istəyirik ki, bu şansdan maksimum istifadə edək. Futbolçularım bu oyuna hazırdır. İtkilərimizin olmasına baxmayaraq, inanıram ki, sabah futbolçular meydanda nizamlı oyun quracaqlar. Ən azından azarkeşlər üçün çox yaxşı bir oyun olacağını düşünürəm".

Q.Qurbanov "Dinamo"nun 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Ludoqorets"dən (Bolqarıstan) daha təscrübəli komanda olduğunu da qeyd edib: "Fərqli rəqiblərdir. Mən dəfərlərlə futbolçulara demişəm ki, hər mərhələ keçdikcə qarşımızda daha ciddi rəqib olur. Getdikcə rəqiblər də sənə ciddi yanaşır. "Dinamo" ilə "Ludoqorets" fərqli rəqiblərdir. "Dinamo" daha təcrübəlidir. Nəticə üçün maksimum oynamağı bacaran bir rəqibdir. Ümid edək ki, bizim üçün də belə rəqibə qarşı oynamaq xoş olacaq. Sabah daha intimzalı və səliqəli oynamalıyıq. Ola bilər ki, bu rəqib daha böyük basqı yaratsın. Çünki daha böyük azarkeş dəstəy var. Komandamızın fiziki hazırlığı pis deyil. Elə bir mərhələdəyik ki, komanda oyundan-oyuna özünü daha yaxşı hiss edir".  

 Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq

OXŞAR XƏBƏRLƏR
ÇL: Həftənin oyunçusu məlum oldu

ÇL: Həftənin oyunçusu məlum oldu

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

XƏBƏR LENTİ
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
Menyu