http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Rəşad Sadıqov: "Bizi sabah sırf 90 dəqiqə maraqlandırır"

21 Avqust 2024 , 21:22
Rəşad Sadıqov: "Bizi sabah sırf 90 dəqiqə maraqlandırır"

"Qarşıda bizi çox vacib və maraqlı oyun gözləyir. Artıq ayyarım, iki aydır ki, avrokuboklarda çıxış edirik. Sabah pley-off mərhələsinin ilk oyununda çıxış edəcəyik. "Omoniya" təcrübəli və keyfiyyətli komandadır. Azərbaycan futbol camiəsinə də tanış rəqibdir. İstər "Qarabağ", istərsə də, "Qəbələ" ilə oyunlardan bu komandanı xatırlayırıq. Son dönəmdə məşqçi heyətində dəyişiklik baş verib. Bir neçə yeni transferləri var ki, komandanın oyununda hiss olunur. Sabah azarkeşlər maraqlı və gərgin oyunun şahidi olacağıq".

"Operativ Media" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" ilə görüşöncəsi keçirilmiş mətbuat konfransında iştirak edib. O, sabahkı görüşlə bağlı danışıb.

- Bu mərhələdə psixoloji hazırlıq da vacibdir. Futbolçularla bu yöndə hansısa söhbətiniz olub?

- Mənim yerimdə kim olsaydı, bu yöndə öz işini görəcək. Futbolçularla müəyyən danışıqlar aparacaq. Şükür Allaha, futbolçular özləri də durumu dərk edirlər.Sabah bizi nə qədər vacib oyun gözlədiyini bilirik, başa düşürük. Pley-off birinci, ikinci və ya üçüncü mərhələnin oyunları, tarixi oyun kimi deyil, bir az fərqli hazırlaşırıq oyuna. Bizi sabah sırf 90 dəqiqə maraqlandırır. Ki,rəqibə qarşı səfərdə uğurlu çıxış edək və şanslarımızı Bakıdakı oyuna saxlaya bilək. Cavab matçında öz doğma azarkeşlərimiz qarşısında istədiyimiz nəticəni əldə edək. Bu yöndə iş gedir. Allah qoysa, nəticəsini sabah və cavab oyununda görərik

OXŞAR XƏBƏRLƏR
ÇL: Həftənin oyunçusu məlum oldu

ÇL: Həftənin oyunçusu məlum oldu

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu