http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi” imzalayıb

04 Oktyabr 2024 , 10:08
Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi” imzalayıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan və Belarus səhiyyə nazirlikləri arasında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Belarus Respublikasının Səhiyyə nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlığa dair Proqram” (“Yol Xəritəsi”) imzalanıb.

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Belarusun səhiyyə naziri Aleksandr Hocayev imzalayıblar.

Səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi”ndə akademik və elmi mübadilə, tibbi kadrların hazırlanması, əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Eyni zamanda, sənəd tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma, eləcə də elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.

OXŞAR XƏBƏRLƏR
Sağlamlığınızı düşünən apteklər şəbəkəsi – “Zeytun Pharmaceuticals”  10 il SİZİNLƏ ®️

Sağlamlığınızı düşünən apteklər şəbəkəsi – “Zeytun Pharmaceuticals”  10 il SİZİNLƏ ®️

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:03

    Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
  • 20:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
  • 19:51

    Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
  • 19:45

    Zelenski Şoltsla görüşüb
  • 19:34

    İsrail Livandan raket atəşinə tutulub
  • 19:26

    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
  • 19:20

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 19:16

    Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib
Menyu