http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

08 Oktyabr 2024 , 12:29
Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.

"Operativ Media"  xəbər verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.

Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.

***

12:08

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr “Türk Transp­lant” qu­ru­mu­ yaradır.

"Operativ Media"  xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

Onun sözlərinə görə, toplantıda səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlər, həmçinin "Türk Transplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanacaq: "TDT-yə üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.

T.Musayev bildirib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: "Düşünürük ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar çoxdur".

Nazir həmçinin ortaq türk əlifbasının yaradılmasını da TDT-yə üzv ölkələr arasında əlaqələr üçün mühüm addım kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR
Sağlamlığınızı düşünən apteklər şəbəkəsi – “Zeytun Pharmaceuticals”  10 il SİZİNLƏ ®️

Sağlamlığınızı düşünən apteklər şəbəkəsi – “Zeytun Pharmaceuticals”  10 il SİZİNLƏ ®️

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi” imzalayıb

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi” imzalayıb

XƏBƏR LENTİ
  • 20:03

    Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
  • 20:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
  • 19:51

    Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
  • 19:45

    Zelenski Şoltsla görüşüb
  • 19:34

    İsrail Livandan raket atəşinə tutulub
  • 19:26

    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
  • 19:20

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 19:16

    Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib
Menyu