http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub

10 Oktyabr 2024 , 14:49
Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub

Oktyabrın 10-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib. 

"Operativ Media" xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək olub. 

Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub.

Firudin Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.

OXŞAR XƏBƏRLƏR
Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

XƏBƏR LENTİ
  • 17:29

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
  • 17:20

    Gənclər və idman naziri Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
  • 17:10

    "Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?
  • 17:04

    Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər
  • 16:38

    Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • 16:36

    Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb
  • 16:28

    Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən gedib
Menyu