http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

NİİM: Ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib

11 Oktyabr 2024 , 10:26
NİİM: Ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib.

Müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub. 
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 13:19

    "Nobel" Sülh mükafatının laureatı məlum olub
  • 13:16

    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
  • 12:52

    Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb
  • 12:47

    Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək
  • 12:31

    Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır
  • 12:29

    Azərbaycan millisinin Slovakiya oyununu norveçli hakimlər idarə edəcək
  • 12:08

    İqtisadi Şuranın növbəti iclası keçirilib
  • 12:00

    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
Menyu