http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

“Kupça” necə alınır, bunun üçün hansı sənədlər tələb olunur?

14 Oktyabr 2024 , 11:10
“Kupça” necə alınır,  bunun üçün hansı sənədlər tələb olunur?

Bakıda xeyli sayda “kupçasız” fərdi evlər var. 

Bəs ümumiyyətlə “Kupça” necə alınır, bunun üçün hansı sənədlər tələb olunur?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti “Operativ Media”nın sorğusunu cavablayıb.

Dövlət Xidməti fərdi yaşayış evləri görə “kupça” necə alınmalıdır, bunun üçün hansı sənədlər lazımdır məsələsinə aydınlıq gətirib:

Fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərlə “ASAN xidmət” mərkəzlərinə, bu mərkəzlərin olmadığı rayon və şəhərlərdə isə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə, yaxud onun rayon şöbəsinə müraciət olunmalıdır.

Fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması üçün tələb olunan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş sənədlər Siyahısı ilə müəyyən edilmişdir. Hər iki normativ hüquqi aktla e-qanun.az saytında tanış olmaq olar (linkləri müvafiq olaraq: https://e-qanun.az/framework/5456#_edn46https://e-qanun.az/framework/29097).

Məlumat üçün qeyd edə bilərik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə görə, 2013-cü il yanvarın 1-dək inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

1. İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evləri üçün torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə yaxud yaşayış evinin istismara qəbul aktı;

2.Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.

Qanunun 8.0.10-cu maddəsinə əsasən, 2013-cü ilin yanvarın 1-dən sonra məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə çıxarışın alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.

Məsələ ilə bağlı əmlak eksperti Ramil Qasımzadə bildirib ki, 2006-cı ilə qədər olan fərdi evlərə çıxarış verilmə prosesində heç bir problem yoxdur:

“2006-cı ilə qədər sənədləri olan evlərə çıxarışların verilməsində heç bir problem yoxdur. Heç bir sənədi olmayan torpaq sahələrinin üzərində tikilən evlərin sənədləşdirilməsi ilə bağlı dövlət tərəfindən iş aparılır. Bu işlər mərhələ-mərhələ həyata keçirilir. Qeyri-yaşayış sahələri üçün proses həll edilir. Dövlət torpaqlarında yerləşən qeyri yaşayış sahələri əmlak məsələləri üzrə dövlət xidməti ilə müqavilə bağlayaraq çıxarış əldə edə bilərlər. Bu zaman FHN-dən də müvafiq rəy alınmalıdır.

Fərdi yaşayış evləri üçün isə hazırda iş aparılır. Bu məsələ 500 mindən artıq evi əhatə edir. Ona görə də çətin prosesdir. Hansı evlər ki, neft, meşə eləcə də yüksək gərginliyin olduğu ərazilərdə tikilib. Yəqin ki, bu evlərə çıxarış verilməyəcək. Amma yerdə qalan digər məsələlər üzrə hazırda dövlət iş aparır. Heç bir kominikasiyaya maneə olmayan tikililərin sənədləşməsi həyata keçirilə bilər. İlin sonunadək bu məsələ yekunlaşa bilər”.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda mülki şəxs heyvan otararkən minaya düşüb - YENİLƏNİB

Qazaxda mülki şəxs heyvan otararkən minaya düşüb - YENİLƏNİB

Orta aylıq əmək haqqı 8 % artıb

Orta aylıq əmək haqqı 8 % artıb

XƏBƏR LENTİ
  • 14:20

    Məhkəmə şərab istehsal edən şirkəti cərimələyib
  • 13:58

    Rusiyanın müdafiə naziri Pekinə səfər edib
  • 13:56

    İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb
    İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb
  • 13:48

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 13:41

    Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 13:33

    Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı sanksiyaları təsdiqləyib
  • 13:30

    İran Parlamentinin sədri Sahibə Qafarova ilə görüşüb
  • 13:30

    ƏDV nədir və necə istifadə edilir?
Menyu