http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Orta aylıq əmək haqqı 8 % artıb

14 Oktyabr 2024 , 12:23
Orta aylıq əmək haqqı 8 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.

"Operativ Media"  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər olub, onlardan 878,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 %-i təhsil, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

OXŞAR XƏBƏRLƏR
ƏDV nədir və necə istifadə edilir?

ƏDV nədir və necə istifadə edilir?

Yanvar-sentyabr aylarında iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub

Yanvar-sentyabr aylarında iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub

Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb

Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb

XƏBƏR LENTİ
  • 16:21

    Teymur Rəcəbov Qlobal Şahmat Liqasının qalibi oldu
  • 16:20

    Yağıntılı hava şəraiti daha iki gün davam edəcək - XƏBƏRDARLIQ
    Yağıntılı hava şəraiti daha iki gün davam edəcək - XƏBƏRDARLIQ
  • 16:05

    Avtomobil nə zaman cərimə meydançasına aparılır?
  • 15:58

    Paşinyan və Tokayev arasında telefon danışığı olub
  • 15:54

    "Sumqayıt" Vaqif Cavadova tapşırıldı
  • 15:45

    Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi açılıb
  • 15:30

    "Qarabağ"ın rəqibi iki futbolçusunu heyətdən kənarlaşdırıb
  • 15:30

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib
Menyu