27 Mart 2023, 23:56
Azercell iPhone istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək imkanı yaradıb
Azercell iPhone istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək imkanı yaradıb şəkil
Azercell iPhone istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək imkanı yaradıb

Azercell iPhone istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək imkanı yaradır.

Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı Azercell iPhone smartfonları üçün 5G lisenziyasını əldə etdi.

Ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində təqdim edən Azercell, artıq Apple şirkəti ilə də bu istiqamətdə əməkdaşlığa imza atır. Lider mobil operator 5G texnologiyasını iPhone istifadəçiləri üçün də əlçatan edir.

Azercell-in şəbəkə keyfiyyətinin yoxlanılmasını və müvafiq test işlərini yekunlaşdıran texnologiya nəhəngi, mart ayının 27-dən etibarən ölkədə 5G dəstəkli proqram təminatını istifadəyə verir.

Azercell abunəçiləri bütün Fəvvarələr Meydanı boyu smartfonlarının ekranında *595#YES yığmaqla 5G texnologiyasını sınaqdan keçirə bilərlər.

Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.

Qeyd edək ki, hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq.

Qeyd edək ki, 5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.

Son xəbərlər
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb