
“Google” Şimali Koreyanı kibercasusluq əməliyyatlarını maliyyələşdirməkdə ittiham edir
Şimali Koreyalı hakerlərin “Kimsuky” qrupunun ölkənin nüvə proqramı ilə bağlı casusluq əməliyyatlarını maliyyələşdirmək məqsədilə kriptovalyutaları oğurladığı bildirilir.
“Operativ Media” xarici KİV-ə əsasən xəbər verir ki, “Yonhap”ın hesabatına görə, “Kimsuky”nin fəaliyyəti “Google”un kibertəhlükəsizlik bölməsi Mandiant tərəfindən dərc edilən hesabatda üzə çıxıb. Mandiantın son 5 il ərzində APT43 kimi təsnif edilən dövlət tərəfindən dəstəklənən haker qrupunu izlədiyi, “Kimsuki”nin isə Pxenyanın nüvə silahı proqramı ilə bağlı casusluq fəaliyyətlərini maliyyə dəstəyi üçün kibercinayət törətdiyi bildirilir.
Mandiantın baş analitiki Luke McNamara APT43-ün kriptovalyutaların oğurlanmasına fokuslandığını və Şimalın nüvə siyasətini maliyyələşdirmək üçün müxtəlif maliyyə fəaliyyətləri həyata keçirdiyini qeyd edib.