Bruno Fernandes “Mançester Yunayted” tarixində Ronaldoya çatdı
İngiltərə çempionatının 2-ci turunda öz meydanında "İpsviç Taun"u qəbul edən "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes rəqib qapısından 3 top keçirərək het-triklə yadda qalıb və görüş 5:2 hesablı qələbə ilə başa çatıb.
Operativ Media "Squawka" statistik portalına istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində vurduğu het-triklərin sayını 3-ə çatdıraraq, 2003–2009 və 2021–2022-ci illərdə bu klubda çıxış etmiş həmvətəni Kriştiano Ronaldo ilə göstəricisini bərabərləşdirib.
2020-ci ilin yanvarından İngiltərə təmsilçisinin şərəfini qoruyan oyunçunun mövcud müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. 2025/26 mövsümünün yekunlarına görə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən ilin ən yaxşı oyunçusu seçilən yarımmüdafiəçi, daha əvvəl 2006/07 və 2007/08 mövsümlərində bu ada layiq görülmüş Ronaldundan sonra PFA mükafatını qazanan ikinci portuqaliyalı olub.
dəqiqələr içində saytın olsun.