Menyu

"Atletiko" Xulian Alvaresin "Barselona"ya keçidinə icazə verdi

Operativ Media
"Atletiko" Xulian Alvaresin "Barselona"ya keçidinə icazə verdi
1 dəq oxu

Madridin "Atletiko" klubu argentinalı hücumçusu Xulian Alvaresin "Barselona"ya transfer olunmasına rəsmi şəkildə yazılıb icazə verib.

​Operativ Media xəbər verir ki, "El Chiringuito"nun yaydığı məlumata əsasən, İspaniya təmsilçisi bu razılığı yazılı formada rəsmiləşdirib. 26 yaşlı forvard daha əvvəl 2030-cu ilə qədər qüvvədə olan müqaviləsinə baxmayaraq, komandadan ayrılmaq istədiyini açıqlayıb.

​Yerli KİV-lərin məlumatına görə, Kataloniya klubu hücumçunun transferi qarşılığında 130 milyon avro ödəməyə hazırdır. Ötən həftə məşqləri buraxan və La Liqanın "Sevilya" ilə matçının (3:1) iştirak ərizəsinə düşməyən futbolçu bazar günü ümumi qrupa qoşulub.

​Ötən mövsüm "Atletiko"nun heyətində 49 qarşılaşmada meydana çıxan oyunçu 20 qolla yadda qalıb. Argentina milli komandasında 58 matç keçirən forvard 15 dəfə rəqib qapısına yol tapıb, həmçinin 2022-ci ilin dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.

Əlaqəli Xəbərlər