"Liverpul" PSJ-dən Barkolanı heyətinə qatıb
Fransalı cinah hücumçusu Bredli Barkola rəsmi olaraq İngiltərə təmsilçisi "Liverpul"un heyətinə qoşulub və tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, "Liverpul" bu transfer üçün PSJ klubuna 117 milyon avro ödəyəcək. Bonuslar nəzərə alınmaqla isə yekun məbləğ 140 milyon avroya yüksələ bilər. Bu keçid Fransa çempionatından xarici kluba edilən ən bahalı satış kimi tarixə düşüb. Əvvəlki rekord isə 2023-cü ilin yayında Neymarın "Əl-Hilal"a 90 milyon avroya satılması zamanı qeydə alınmışdı.
23 yaşlı Barkola 2023-cü ilin yayından etibarən "Lion"dan transfer olunduğu Paris klubunun şərəfini qoruyurdu və komandanın heyətində çıxış etdiyi 152 qarşılaşmada 39 qol, həmçinin 37 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, Paris təmsilçisi ilə birlikdə üç dəfə Fransa çempionu və ölkə Superkubokunun, iki dəfə isə Çempionlar Liqasının və Fransa Kubokunun qalibi olub.
dəqiqələr içində saytın olsun.