Qırğızıstan ŞƏT-ə sədrliyi Pakistana təhvil verib
Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyini başa vuraraq Pakistana təhvil verib.
Operativ Media xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ŞƏT Dövlət Başçıları Şurasının iclasından sonra məlumat verilib.
2025-2026-cı illərdə Qırğızıstanın sədrliyi "ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və rifah naminə birlikdə" devizi altında keçirilib. Onun əsas nəticəsi təşkilatın 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi və digər 27 sənədin imzalandığı yubiley sammiti olub.
Qəbul edilən qərarlar regional təhlükəsizlik, narkotiklərlə mübarizə, süni intellekt, informasiya təhlükəsizliyi, enerji, nəqliyyat və logistika, iqlim və biomüxtəlifliyin qorunması məsələlərini əhatə edir.
Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.
dəqiqələr içində saytın olsun.