“Milan”ın futbolçusu Avropa Liqasında rekorda imza atıb
"Milan"ın yarımmüdafiəçisi Alfadjo Sisse Avropa Liqasının liqa mərhələsinin ikinci turunda "Salzburq" üzərində qazanılan 4:0 hesablı qələbədə het-triklə yadda qalıb. O, bu uğura19 yaş 358 günlüyündə imza atıb.
Operativ Media "Opta" statistik portalına istinadən xəbər verir ki, Sisse bununla da avrokuboklarda Avropa bir matçda üç qol vuran ən gənc italiyalı futbolçu olub.
Əvvəlki rekord cəmi iki gün əvvəl "Brugge"un hücumçusu Nikolo Tresoldi tərəfindən müəyyən edilmişdi. O, Çempionlar Liqasında "İnter"lə matçda (4:3) het-trik edərkən 22 yaş 54 günlük idi.
Qeyd edək ki, Tresoldidən əvvəl isə rekord Alessandro Del Pyeroya məxsus idi. O, 1997/98-ci il mövsümündə Çempionlar Liqasının "Monako"ya qarşı yarımfinal matçında (4:1 hesablı qələbə) üç dəfə adını tabloya yazdırmışdı. Həmin vaxt Del Pyero 23 yaş 144 günlük idi.