22 Aprel 2023, 18:18
“Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verildi
“Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verildi şəkil
“Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Dəniz və Liman Agentliyinin, Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verilib.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, üç gün davam edəcək aksiya Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti çəkməkdir.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ekoloji problemlərin həllini daim diqqətdə saxlayıb, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.

Ekoloji aksiya zamanı Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona yaxın tullantının təmizlənərək utilizasiya olunması nəzərdə tutulub.

“Xəzəri qoruyaq” ekoloji aksiyasına “İnnovasiya Könüllüləri Təşkilatı”nın könüllülər qrupu da qoşulub.

Son xəbərlər
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib
Azərbaycanda ötən 6 ayda 17 049 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
Bakı metrosu bu il 111 milyondan çox sərnişin daşıyıb